“Çelsi”nin hücumçusu Olivier Jiru MLS klublarından birinə keçmək istəyir
“Çelsi”nin hücumçusu Olivier Jiru yayda klubunu dəyişə bilər.

34 yaşlı fransalı futbolçu müsahibəsində klubundan gedəcəyi ilə bağlı eyham vurub.

O bildirib ki, ABŞ-da futbolçuların daha uzun müddət oynaya bilmələri faktı onun xoşuna gəlir və buna görə də MLS klublarından gələn hər hansı təklifi gözləyəcək.

Bu mövsüm fransalı Premyer Liqanın 14 oyununda 4 qol vurub.

Xəbər 394 dəfə oxundu.