Boksçularımız Türkiyədə təlim-məşq toplanışını davam etdirirlər
Boksçularımız Türkiyənin Kastamonu şəhərində Avropa Olimpiya təsnifat turnirinə hazırlıqla bağlı təlim-məşq toplanışını davam etdirirlər.

Komandamız yarışa baş məşqçi Umberto Orta Dominqesin rəhbərliyi altında hazırlaşırlar.

Təlim-məşq toplanışında Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) iştirak edirlər. Təlim-məşq toplanışı martın 21-dək davam edəcək.

Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Parisdə müəyyənləşəcək. Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq.

Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Xəbər 391 dəfə oxundu.