BOK Tokio və Pekin olimpiadaları ərəfəsində əlavə Çin peyvəndləri üçün pul ödəyəcək
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Çin Milli Olimpiya Komitəsinin Olimpiya və Paralimpiya Oyunlarında iştirak edənlər və ev sahibi ölkələrin əhalisi üçün əlavə dozada koronavirus peyvəndi yaradılması təklifini qəbul edib.

BOK prezidenti Tomas Bax bu barədə mətbuat konfransında danışıb.

O qeyd edib ki, “Pekin-2022”nin təşkilat komitəsindən alınan təklifə görə, həm Tokio, həm də Pekində istifadə edilə bilən əlavə peyvəndlər hazırlanmalıdır. T.Bax onu da vurğulayıb ki, BOK təkcə Olimpiya deyil, eyni zamanda Paralimpiya komandaları üçün də əlavə peyvənd dozalarının məbləğini ödəyəcək.

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Xəbər 428 dəfə oxundu.