“Keşlə” klubu Azərbaycan çempionatlarında qapısında 550-ci topu görüb
Bakının “Keşlə” futbol klubu Azərbaycan çempionatlarında qapısında 550-ci topu görüb.

Bu qola Premyer Liqanın 19-cu turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov imza atıb. N.Ələsgərov penaltidən vurduğu top yubiley qolu olub. Bu, 1999/2000-ci il mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib.

“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.

Paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qola Emin İmaməliyev imza atıb.

Xəbər 375 dəfə oxundu.