“Zirə”nin futbolçusu Klesio Bauk zədələnib
Bakının “Zirə” komandasının futbolçusu Klesio Bauk zədələnib.

Yarımmüdafiəçi Premyer Liqanın XIX turunda “Qarabağ”la ev matçında zədələnib. Matçın 84-cü dəqiqəsində onun yerinə meydana Tural Bayramlı daxil olub.

Futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Xatırladaq qəsəbə təmsilçisi “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

Xəbər 383 dəfə oxundu.