“Turkish Open” beynəlxalq turnirində Azərbaycan taekvondoçusu qızıl medal qazanıb
İstanbulda taekvondo üzrə “Turkish Open” beynəlxalq turnirində komandamız ilk medalını qazanıb.

G1 kateqoriyalı yarışda Azərbaycan idmançısı Milad Beigi Hərçəqani bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Üç gün davam edəcək turnirdə Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov (63 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Radik İsaev (87 kiloqramdan yuxarı), Patimat Abakarova (53 kq) mübarizə aparırlar.

Yarışa, ümumilikdə 46 ölkədən 1 590 idmançı qatılıb.

Xəbər 418 dəfə oxundu.