“Qəbələ”nin futbolçusu “Keşlə”yə keçə bilər
“Qəbələ”nin futbolçusu Nikolas Raysel növbəti mövsümdən karyerasını digər klubda davam etdirə bilər.

“Keşlə” futbolçunu heyətində görmək istəyir. Artıq legionerlə ilkin danışıqlar aparan paytaxt təmsilçisi mövsümün sonunda bu transferi reallaşdırmağa çalışır.

Qeyd edək ki, sloveniyalı yarımmüdafiəçi ötən ildən “Qəbələ”nin şərəfini qoruyur. O, 12 oyunda meydana çıxaraq 6 qol vurub.

Xəbər 427 dəfə oxundu.