UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu ada Almaniyanın “Borussiya Dortmund” klubundan Erlinq Haaland, Portuqaliyanın “Portu” komandasının futbolçusu Serjiu Oliveyra, İngiltərənın “Liverpul” klubundan Fabinyo və Fransanın “Paris Sen-Jermen”dən qapıçısı Keylor Navas iddia edirlər.

E.Haaland İspaniyanın “Sevilya” klubu ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, S.Oliveyra isə İtaliyada “Yuventus”a əlavə vaxtda 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada dubl edib.

Fabinyonun Almaniyanın “Leyptsiq” komandasına 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. K.Navas isə İspaniyanın “Barselona” klubu ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra “Portu”, “Borussiya Dortmund”, “Liverpul” və “Paris Sen-Jermen” dörddəbir finala yüksəliblər.

Xəbər 346 dəfə oxundu.