AFFA-nın Hakimlər Komitəsinin sədri növbəti təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik növbəti təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – İsveçrə oyununun hakim-inspektoru olacaq.

Matç martın 25-də Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda təşkil olunacaq.


Xəbər 340 dəfə oxundu.