Zlatan İbrahimoviç “Milan” komandası ilə müqaviləsini yeniləyəcək
“Milan” komandasının futbolçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləsini uzadacaq.

Bu barədə “Corriere della Sera” qəzetində məlumat verilib.

İsveçli futbolçu klubla 2021-2022-ci il mövsümünün sonunadək müqavilə imzalayacaq. Otuz doqquz yaşlı forvard bu razılaşmaya əsasən 7 milyon avro qazanacaq.

“Milan” böyük ehtimalla bu müddət ərzində Zlatanı əvəz edə biləcək gənc bir hücumçu ilə müqavilə imzalayacaq.
Bu mövsüm Z.İbrahimoviç İtaliya A Seriyasında keçirdiyi 14 oyunda 14 qol vurub.

Xəbər 393 dəfə oxundu.