Niderland Qran-Prisinin təşkilatçıları yarışı azarkeşlərlə keçirməyə hazırlaşırlar
Zandfort avtodromunda baş tutacaq Formula 1 Niderland Qran-Prisinin təşkilatçıları yarışı azarkeşlərlə keçirmək istəyirlər.

Hələlik yarış təşkilatçıları tamaşaçıları qəbul edib-etməyəcəklərini bilməsələr də nikbindirlər.

Avtodromun direktoru bu mövsüm üçün təqvimin ümid verdiyini vurğulayıb və qeyd edib ki, hazırda yarışa tamaşaçı qismində nə qədər azarkeşin buraxılacağını bilməsələr də buna hazırlıq görürlər. Hazırlıq işlərinə əsasən, hər gün 105 min insan tamaşaçı qismində yarışa qatıla biləcək.

Xəbər 374 dəfə oxundu.