Azərbaycan cüdoçuları Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizə aparacaqlar
Martın 26-da Tbilisidə Azərbaycan cüdoçularının da iştirak edəcəkləri “Böyük dəbilqə” turniri keçiriləcək.

Yarışda kişilər arasında cüdoçularımız Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarlışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Təl-Əvivdə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

Xəbər 387 dəfə oxundu.