“Keşlə”nin qapıçısı Moldova yığmasına çağırılıb
Futbol üzrə Moldova yığmasının dünya çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Millinin yeni baş məşqçisi Roberto Bordin “Keşlə”nin qapıçısı Stanislav Namaşkoya da təklif göndərib.

“Neftçi”nin sabiq baş məşqçisi “Keşlə”nin digər moldovalı oyunçusu, Yevgeni Koçuku isə yığmaya çağırmayıb.

Qeyd edək ki, Moldova millisi martın 25-də evdə Farer adaları ilə qarşılaşacaq.

Xəbər 453 dəfə oxundu.