AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın keyfiyyət standartlarına uyğundur
İsveçrənin SGS şirkəti 2020-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Şirkət tərəfindən AFFA-ya məktub ünvanlanıb. Məktubda AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olması qeyd olunub. Həmçinin Lisenziyalaşdırma qrupunun 2021-2022-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malik olduğu vurğulanıb.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Xəbər 369 dəfə oxundu.