Tərtər Olimpiya İdman Kompleksi
Yaradılma tarixi: 3 iyun, 2020-ci il
Ərazi: 4 hektar

Tərtər Olimpiya İdman Kompleksi 2020-ci ildən fəaliyyət göstərir.
Kompleksin ərazisi 4 hektardır. Kompleksdə 823 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, trenajor zalı, güləş zalı mövcuddur.
Bunlardan əlavə kompleksdə 80 nəfərlik yeməkxana, 1043 nəfər tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası, basketbol və voleybol meydançaları da mövcuddur.
Tərtər Olimpiya İdman Kompleksinin ərazisində 24 otaqlı 64 yataq yeri olan mehmanxana da vardır.

Şəhər: Tərtər
Ünvan: H.Əliyev pr. 12
İndeks: AZ5900
Telefon: (050) 512-20-23
E-mail: terteroik@mys.az

Xəbər 853 dəfə oxundu.