Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün arxada qalan hissəsində uğurlu çıxış ed
Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün arxada qalan hissəsində uğurlu çıxış edib. İdman.com.az saytının məlumatına görə, 4 komandamız üst-üstə keçirdiyi 10 matçda UEFA reytinqində ölkəmizin hesabına 1,625 xal yazıb. Bu isə bu dövr üçün kifayət qədər yaxşı göstəricidir.

Hazırda mövsümün 6-cı nəticəsinə malik ölkəmiz bu mövqeni Sloveniya ilə bölüşür. Hərçənd “Neftçi”nin Gürcüstandakı heç-heçəsinədək Finlandiya ilə şərik olan Azərbaycan Sloveniyadan öndə idi. İndi isə skandinaviyalılardan geri düşən ölkəmiz geriləyib.

Xəbər 1188 dəfə oxundu.