Azərbaycanın qadın qılıncoynadanları Macarıstanda keçiriləcək dünya kuboku turnirində iştirak edəcəklər
Azərbaycanın qadın qılıncoynadanları martın 11-dən 14-dək Macarıstanın paytaxtı Budapeştə keçiriləcək dünya kuboku turnirində iştirak edəcəklər.

Yarışda sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri mübarizə aparacaqlar. Qadın sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında iştirak edəcəklər.

Turnirdə ölkəmizin idman şərəfini Səbinə Kərimova, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakova qoruyacaqlar.

Xəbər 378 dəfə oxundu.