Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Kişinyovda, Çioresku idman zalında Moldova yığması ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan Azərbaycan milli komandası ardıcıl 4-cü qələbəsini qazanıb və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edib.

Aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbər 372 dəfə oxundu.