Azərbaycan “PRO CLUB FIFA 21”də ardıcıl iki qələbə qazanıb
Kiberfutbol Assosiasiyası tərəfindən FİFA-nın da təsdiqlədiyi beynəlxalq turnirə start verilib.

Hər komandada 11 iştirakçının olduğu mötəbər yarışda ölkəmizi “Gaming League Azərbaycan” təmsil edir.

Yarışın qaydaları real futbolda olan reqlamentə oxşardır. Hər liqanın ilk 3 yerdən birini tutan komanda üst liqaya yüksəlir və eyni qaydada, üst liqadakı son 3 yerin sahibi aşağı liqaya yollanır. Əsas liqanın, yəni, Premyer Liqada ilk üç yerin sahibi Çempionlar Liqasına, dördüncü, beşinci və altıncı yerləri tutanlar isə Avropa Liqasına vəsiqə qazanır.

Sadalananlardan əlavə, Kiberfutbol Assosiasiyası tərəfindən “Friendship Cup” və “Fast Cup” kimi həftəlik və günlük uduşlu turnirlər, həmçinin millilər formatında dünya və Avropa çempionatları da keçirilir.

“Gaming League Azerbaijan”ın heyətində Rüfət Niftəliyev, İbrahim Kərimov, Cavid Qurbanov, Tural Həsənov, Süleyman Quluzadə, Ayxan Əliyev, Vahid Əfəndiyev,Ənvər Əliyev, Nihad Məmmədov, Azər Əliyev, Vüqar Alışov, Orxan Əliyev və Alpay Calalı çıxış edirlər.

FİFA Pro təmsilçimiz artıq üç görüş keçirib.

“Team Kaban”a 4:3 hesabı ilə uduzan təmsilçimiz “VFC Pirates” və “Atalanta”ya minimal hesabla qalib gəlib - 1:0.

Xəbər 350 dəfə oxundu.