Millimiz “Turan Tovuz” və “Kəpəz”lə yoxlama oyunları keçirəcək
Martın 9-dan 19-dək Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz toplanış ərzində martın 13-də “Turan Tovuz”, ertəsi gün isə “Kəpəz”lə yoxlama oyunu keçirəcək.

Xəbər 365 dəfə oxundu.