Futzal üzrə Azərbaycan millisi ardıcıl dördüncü qələbəsini qazanıb
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 9-da növbəti oyununu keçirib.

Kişineudakı Çioresku idman zalında Moldova yığması ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan milli komandamız ardıcıl 4-cü qələbəsinə sevinib.

Vassouronun dubl etdiyi oyunda millimizin digər qollarını Hadi Ahmadi və Ramiz Çovdarov vurub. Digər qolu isə Yulian Kojokaru öz komandasının qapısından keçirib.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv liderliyini daha da möhkəmləndirib və sona 2 tur qalmış final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.

Xəbər 398 dəfə oxundu.