“Neftçi” klubu Azərbaycan Premyer Liqasında ilkə imza atıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Neftçi”–“Keşlə” oyunu (3:1) tarixi qolla yadda qalıb.

Namiq Ələsgərovun vurduğu 3-cü qol "Neftçi"nin "Keşlə" qapısından keçirdiyi 100-cü top olub. Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb.

Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000-ci il mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.

Xəbər 372 dəfə oxundu.