Rauf Məmmədov Fransada keçirilən şahmat turnirinin qalibi olub
Fransanın Kappel-lya-Qrand şəhərində keçirilən şahmat üzrə sayca 37-ci açıq çempionatının bullet yarışlarında Azərbaycan təmsilçisi Rauf Məmmədov qalib adını qazanıb.

Şahmatçımız turnirdə 15 turda 13 xal toplayıb. Yarış çərçivəsində keçirilmiş blits turnirində isə R.Məmmədov 8,5 xalla 4-cü olub. Digər təmsilçimiz Gülnar Məmmədova rapid yarışlarında 6,5 xalla qadınlar arasında birinci, ümumi hesabda isə 4-cü olub.

Xəbər 386 dəfə oxundu.