“Keşlə” klubunun müdafiəçisi Ruslan Əmircanov karyerasını bitirəcək
Bakının “Keşlə” klubunun müdafiəçisi Ruslan Əmircanov karyerasını bitirəcək.

36 yaşlı cinah oyunçusu bu sahədən birdəfəlik uzaqlaşmayacaq. Çünki “Keşlə” rəhbərliyi Azərbaycan millisinin sabiq üzvünə klubda işləmək təklifi edib. Böyük ehtimalla R.Əmircanov yaydan sonra “Keşlə”nin aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış etmiş R.Əmircanov 2018-ci ildən “Keşlə”nin formasını geyinir. Sağ cinah oyunçusu 2008-2014-cü illərdə Azərbaycan millisinə də çağırılıb.

Xəbər 408 dəfə oxundu.