“Sabah” Təmkin Xəlilzadə ilə yeni müqavilə imzalayacaq
Təmkin Xəlilzadə böyük ehtimalla növbəti mövsümdə də “Sabah”ın şərəfini qoruyacaq.

Klub tərəfindən ona yeni müqavilə təklif olunub. Futbolçunun bu təklifə isti yanaşdığı deyilir. Yaxın günlərdə futbolçu ilə yeni müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə “Sabah”da çıxış edən futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər 379 dəfə oxundu.