“Zirə” klubu argentinalı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Paytaxt təmsilçisi Fakundo Melivilo ilə müqavilə imzalanıb.

İyirmi səkkiz yaşlı hücumçunun sözləşməsi bu mövsümü sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, "Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

Xəbər 376 dəfə oxundu.