Tokio Olimpiadasının təşkilat komitəsi idmançılar arasında koronavirus testlərinin sayını artırmaq niyyətindədir
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları idmançılar arasında aparılan koronavirus testlərinin sayını artırmaq niyyətindədirlər.

Bu barədə Olimpiadanın təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto “Nikkan Sports”a verdiyi müsahibəsində bildirib.

Yoxlama testlərinin Olimpiya və ya Paralimpiya kəndləri ərazisindəki ixtisaslaşmış laboratoriyada aparılması nəzərdə tutulur. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yarış üçün yaydığı qaydalara görə, idmançılar ən azı dörd gündə bir dəfə test verməlidirlər. İdmançı bu obyektlərdən kənarda yaşayırsa, testlərdən keçmək üçün xüsusi nəqliyyat vasitəsindən istifadə etməli olacaq. Test nəticələrini smartfonda xüsusi tətbiq vasitəsilə izləmək mümkün olacaq.

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Xəbər 487 dəfə oxundu.