“Tokio-2020”nin Olimpiya məşəli estafetinin startı tamaşaçısız keçiriləcək
Yaponiyanın koronavirusa pandemiyasına qarşı həyata keçirdiyi tədbirlərlə əlaqədar “Tokio-2020” ərəfəsində Olimpiya məşəli estafetinin startı tamaşaçısız keçiriləcək.

Bu barədə “Yomiuri” qəzeti məlumat verib.

Məşəl estafetinin startında tədbirə dəvət olunmuş qonaqlar da daxil olmaqla, təxminən 3 min nəfərin qatılması planlaşdırılmışdı. Mərasimdə uşaqlar da daxil olmaqla, bir sıra sənətçilərin çıxış etməsi nəzərdə tutulmuşdu. Bununla yanaşı, infeksiyanın yayılması ilə əlaqədar qeyri-sabit vəziyyət səbəbindən tədbirin miqyası əhəmiyyətli dərəcədə azalıb.

Olimpiya məşəli estafetinin startının martın 25-də Fukusima prefekturasındakı futbol təlim mərkəzində keçirilməsi planlaşdırılır. Estafet 121 gün davam edəcək və məşəlin ölkənin bütün 47 əyalətindəki 859 bələdiyyədən keçməsi planlaşdırılır. Estafetdə təxminən 10 min nəfərin iştirakı gözlənilir.

Xəbər 402 dəfə oxundu.