Futzal üzrə Azərbaycan millisi Moldova yığmasının qonağı olacaq
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz Kişinyovdakı Çioresku idman zalında Moldova yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Polşadan olan birinci hakim Damian Qrabovski idarə edəcək. Ona belçikalı Yasin Alageyik kömək edəcək.

Matçın UEFA nümayəndəsi serbiyalı Zoran Dimiç olacaq.

Üç oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Xəbər 362 dəfə oxundu.