“Beşiktaş” qələbə qazanaraq liderliyə yüksəlib
Martın 6-da futbol üzrə Türkiyə çempionatının XXIX turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. “Beşiktaş”ın qollarının hər ikisini Vinsent Aboubakar vurub. Qonaq komandanın heyətində isə Nouha Dicka fərqlənib.

Günün digər matçında “Dənizlispor” öz meydanında “Yeni Malatyaspor”u 3:2 hesabı ilə udub.
Turun digər matçları isə martın 7 və 8-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 57 xala malik olan “Qalatasaray”, üçüncü pillədə isə 55 xal toplayan “Fənərbağça” qərarlaşıb.

Xəbər 514 dəfə oxundu.