Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb.

Komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.

Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Xəbər 406 dəfə oxundu.