Cüdo üzrə “Böyük dəbilqə” turniri Kazan şəhərinə keçiriləcək
Cüdo üzrə “Böyük dəbilqə” turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb.

Bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

Turnir mayın 5-dən 7-dək keçiriləcək. Məlumatda bildirilib ki, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

Xəbər 406 dəfə oxundu.