Azərbaycan atleti Polşada keçirilən çempionatda finala vəsiqə qazanıb
Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa Çempionatında finala vəsiqə qazanıb.

İdmançı üç təkanla tullanmada 16,84 metr nəticə göstərib. 36 yaşlı atlet bu nəticəyə əsasən öz qrupunda üçüncü olub və finala vəsiqəni təmin edib.

Qeyd edək ki, çempionata martın 7-də yekun vurulacaq.

Xəbər 466 dəfə oxundu.