Azərbaycan Peşəkar Boks Federasiyası beynəlxalq səviyyəli seminarlar təşkil edib
Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) Dünya Boks Şurasının dəstəyi ilə iki günlük beynəlxalq səviyyəli seminarlar təşkil edib.

Seminarlar “Pullman Baku” hotelində keçirilib. Tədbirlərdə seminar iştirakçılarına döyüş zamanı yaranmış zədə, əllərin düzgün sarğısı, yırtıq, hematoma, qanaxma və bu kimi digər hallarda təcili tibbi yardımın göstərilmə qaydaları haqqında ətraflı məlumatlar verilib.

Sonda yeni bilikləri praktiki məşqlərdə uğurla tətbiq edən seminar iştirakçıları APBF-nin xüsusi sertifikatları ilə təltif olunublar.

Xəbər 459 dəfə oxundu.