Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycan cüdoçusu Kəramət Hüseynov (60 kq) Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Əvvəlki görüşlərini qalib başa vuran cüdoçumuz yarımfinalda Qazaxıstan təmsilçisi Yeldos Smetova məğlub olub.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.

Xəbər 395 dəfə oxundu.