Binəqədidə 5 mart - “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib
Martın 4-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində 5 mart - “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, idarənin rəis müavini Rüfət Əhmədov, idarənin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, idman müəllimləri və məşqçi-müəllimlər iştirak ediblər.

Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev iştirakçıları salamlayaraq “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İdarə rəisi Namiq Tarverdiyev nitqinə Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq, bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu nəzərə çatdıraraq davam edib. Eyni zamanda, tədbirdə iştirak edən müəllimlər də onlara verilən dəyərdən çox məmnun olduqlarını bildirərək Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkülərini bildiriblər.

Sonda Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif ediliblər.

Xəbər 696 dəfə oxundu.