5 Mart – Bədən Tərbiyəsi və İdman günü Sumqayıtda təntənəli qeyd edilib
Martın 4-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 Mart – “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları, rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummillilider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, daha sonra şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bayram münasibəti ilə iştirakçıları təbrik edib, bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışıb.

Həmçinin, əlamətdar gün münasibətilə bədən tərbiyəsi və idman sahəsində səmərəli fəaliyyətinə görə bir qrup idman ictimaiyyətinin nümayəndəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazrliyinin, şəhər İcra Hakimiyyətinin və Baş idarənin fəxri fərmanı ilə təltif olunub.

Daha sonra, Zoom platforması üzərində davam edən tədbirdə iştirak edən Qərib Əliyev, Yaşar Hacıyev, Fuad Aslanov, Fatma Məmmədova, Hafiz Həmidov çıxış edərək idman sahəsində əldə olunmuş uğurlardan, həyata keçirilən ardıcıl tədbirlərdən, idmançılara göstərilən diqqət və qayğıdan, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturundan danışaraq, idman sahəsində qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına ümid etdiklərini qeyd edib, “05 Mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə bütün idman ictimaiyyətini təbrik ediblər.

Eyni zamanda, Gənclər və İdman Baş idarəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə yeniyetmələr və gənclər arasında rəsm-sərgi müsabiqəsi təşkil olunub. Sərgiyə açıq hava şəraitində baxış keçirilib. Sonda qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 628 dəfə oxundu.