Rusiyada oynayan futbolçumuz klubunu dəyişib
Ötən ilin dekabrında “Ufa”dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.

26 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasının digər təmsilçisi “Tambov”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.

A.Əliyevin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda “Rotor”la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, “Tambov” 20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər 403 dəfə oxundu.