Azərbaycan millisi Moldova yığmasına qalib gəlib | |
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb. Martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qələbə qazanıb. Bolinhanın dubl etdiyi oyunda millimizin digər qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Hadi Əhmədi vurublar. Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir. |
|
Xəbər 376 dəfə oxundu. |
|
|