Futbol üzrə milli komandalarımızın həkimlərinə təşəkkürnamə təqdim olunub
COVID-19 pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş futbol üzrə Azərbaycan milli komandalarının həkimləri Lalə İbrahimova və Natiq Süleymanova təşəkkürnamə təqdim olunub.

Bununla bağlı AFFA İcraiyyə Komitəsi müvafiq qərar qəbul edib.

L.İbrahimova pandemiya, N.Süleymanov isə müharibə dövründəki fəaliyyətinə görə sözügedən mükafata layiq görülüb.

Xəbər 374 dəfə oxundu.