Formula 1: “Haas” komandası bolidinin yeni rəng çalarlarını təqdim edib
Formula 1 üzrə dünya çempionatının iştirakçılarından olan “Haas” komandası bolidinin yeni rəng çalarlarını təqdim edib.

Ənənəvi rəng çalarından imtina edən komandanın “Uralkali” ilə olan yeni tərəfdaşlığına görə bolidin çalarları Rusiya bayrağını xatırladır. Komanda keçənilkinə bənzər bolid hazırlayıb ki, bunun da əsas səbəbi klubun öz resurslarını gələn ilə saxlamasıdır.

Qeyd edək ki, “Uralkali” şirkəti “Haas” komandasının sürücüsü Nikita Mazepinin atası Dmitri Mazepinə aiddir. O, dünyanın ən böyük kalium istehsalçısıdır.

Xatırladaq ki, “Haas” komandası keçən il mövsümü 9-cu yerdə başa vurub.

Xəbər 419 dəfə oxundu.