Gəncədə kross qaçışı üzrə yarış keçirilib
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 3000 metr məsafəyə kross qaçışı üzrə şəhər birinciliyi təşkil olunub.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, ölkəmizdə idmanın inkişafına və gənclər sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 391 dəfə oxundu.