Sambo üzrə Avropa çempionatı Kiprdə keçiriləcək
Sambo üzrə Avropa çempionatı mayın 13-dən 16-dək Kiprin Limassol şəhərində keçiriləcək.

Bu barədə Beynəlxalq Sambo Federasiyası məlumat yayıb.

Turnir gənclər arasında Avropa çempionatı ilə birlikdə təşkil olunacaq. Pandemiya şəraiti nəzərə alınaraq, bütün idmançılardan yarışa gəlməmişdən 72 saat əvvəl koronavirus testindən keçmələri tələb olunur. Yarışlar karantin qaydalarına əməl olunmaqla təşkil ediləcək.

Əvvəlcə böyüklər arasında Avropa çempionatının mayın 21-23-də İtaliyada, gənclər arasında qitə birinciliyinin isə aprelin 16-18-də Kiprdə keçirilməsi planlaşdırılırdı.

Xəbər 581 dəfə oxundu.