Kapoeyraçılar açıq Bakı turnirində güclərini sınayacaqlar
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə solo kapoeyra üzrə onlayn açıq Bakı turniri keçiriləcək.

Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi, məşqçilər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə bildirib ki, yarışda paytaxt idmançıları ilə yanaşı, region təmsilçiləri də iştirak edəcəklər.

Turnirin keçirilməsində məqsəd pandemiya şəraitində idmançıları formada saxlamaq, onlarda motivasiya yaratmaq, hazırlıq və təcrübələrini artırmaqdır. Yarışda 50-ə yaxın idmançı mübarizə aparacaq.

AZƏRTAC

Xəbər 426 dəfə oxundu.