Futbol üzrə Azərbaycan çempionatı: “Sumqayıt” – “Zirə” oyununda hesab açılmayıb
Martın 3-də futbol üzrə Azərbaycan çempionatının XVIII turu çərçivəsində növbəti oyun keçirilib.

Turun üçüncü oyununda “Sumqayıt” klubu öz meydanında “Zirə”ni qəbul edib. “Kapital Bank Arena”da qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 29-a çatdıran “Zirə” turnir cədvəlində üçüncü yerdəki mövqeyini qoruyub. “Sumqayıt” isə 24 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura martın 2-də oynanılan iki görüşlə start verilib. Həmin oyunda lider “Qarabağ” öz meydanında “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. “Səbail” – “Keşlə” oyununda isə hesab açılmayıb – 0:0.

Tura “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Xəbər 471 dəfə oxundu.