Boks üzrə Avropa Olimpiya təsnifat turniri Parisdə keçiriləcək
Boks üzrə Avropa Olimpiya təsnifat turnirinin yeri və vaxtı dəqiqləşib.

Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Parisdə müəyyənləşəcək. Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya təsnifat turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlamışdı. Londonda keçirilən yarış koronavirus pandemiyası səbəbindən üç gündən sonra dayandırılmışdı. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.

Xəbər 542 dəfə oxundu.