"Sabah" klubu iki məşqçi ilə danışıqlar aparır
Bu mövsüm də nəticələri uğurlu olmayan”Sabah” klubu mövsümün sonunda baş məşqçi dəyişikliyinə gedəcək.

Paytaxt klubu artıq namizədləri müəyyənləşdirməyə başlayıb. “Sabah” rəhbərliyinin iki mütəxəssis üzərində dayanıb ki, onların da hər ikisi vaxtilə ölkəmizdə çalışıb. Bu məşqçilər 2011/2012-ci il mövsümünün ilk dövrəsində “Simurq”u çalışdıran Sergey Yuran, “Standart” və “İnter”də işləmiş Kaxaber Tsxadadzedir. Hazırda Rusiya birinci liqasında çıxış edən “SKA Xabarovsk”a rəhbərlik edən 52 yaşlı S.Yuranın müqavilə müddəti yaya qədərdir. Qazaxıstanın “Ordabasi” klubundan ötən ilin dekabrında ayrılan K.Tsxadadze isə hazırda işsizdir. 2008-ci ildə “Standard”ı, 2009-2015-ci illərdə isə “İnter”i (indiki “Keşlə”) çalışdıran Tsxadadze ikincilərə 2009/2010-cu il mövsümündə ölkə çempionluğunu, 2011-ci ildə isə “Birlik Kuboku”nu qazandırıb.

Qeyd edək ki, “Sabah” hazırda 17 turdan sonra Premyer Liqada 15 xalla sonuncu pillədə qərarlaşır.


Xəbər 387 dəfə oxundu.