Millimiz yoxlama oyununda heç-heçə edib
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Gəncədə “Kəpəz”lə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Millimizin heyətində Sadiq Şəfiyev fərqlənib.

Xəbər 386 dəfə oxundu.