“Çelsi” və PSJ Canluici Donnarummanı sərbəst agent kimi almaq istəyirlər
“Çelsi” və PSJ klubları “Milan”ın qapıçısı Canluici Donnarummanı heyətlərinə qatmaqda maraqlıdırlar.

İngiltərə və Fransa klubları müqaviləsi bu yay bitəcək qapıçını sərbəst agent kimi almaq istəyirlər. “Milan” ildə 7,5 milyon avro olmaqla satın alma variantı olmadan beşillik müqavilə təklif etməyə hazır olsa da, futbolçu və onun agenti ilə hələ də razılığa gələ bilməyib. C.Donnarumma və agenti öz növbəsində illik 10 milyon avro qarşılığında qısamüddətli müqavilə istəyirlər.

Xatırladaq ki, italiyalı qapıçı A Seriyasında 200-cü matçını keçirərək Buffonun rekordunu qırıb.

Xəbər 377 dəfə oxundu.