Şahmat üzrə onlayn turnirin qalibləri mükafatlandırılıb
Azərbaycanın Milli Qəhrəmanı şəhid Polkovnik İlqar Mirzəyevin xatirəsinə həsr olunan şahmat üzrə onlayn turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev tədbirdə iştirak edərək idmançıları təbrik edib, onlara gələcək yarışlarında müvəffəqiyyətlər arzulayıblar.

Yarışda 60 şahmatçı mübarizə aparıb. Oğlanların yarışında Yunis Mahmudzadə, Orxan Bağırov və Eyvaz Əliyev fərqləniblər. Qızların mübarizəsində isə Nurtən Nuriyeva, Şəms Fərzəli və Ləman Nağıyeva isə ilk üçlükdə yer alıblar.

Xəbər 382 dəfə oxundu.